3 İyun 2022 22:56
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarlı görünüşü ilə tanınan Alp dağlarında qlobal istiləşmə nəticəsində buz kütlələrinin illər keçdikcə əridiyi və yerini yaşıl bitki örtüyünün aldığı müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mail Online” məlumat yayıb.

İsveçrənin Bazen Universitetinin alimləri qlobal istiləşmənin Alp dağlarına təsirini araşdırmağa başlayıblar.

Mütəxəssislər 1984-2021-ci illərə aid peyk görüntüləri üzərində incələmə aparıblar.

38 illik araşdırmada Alp dağlarında qar kütlələrinin illər keçdikcə gözə çarpan şəkildə əridiyi və yerini yaşıl bitki örtüyünün aldığı müşahidə edilib.

Mütəxəssislər qlobal istiləşmənin Alp dağlarında qarın əriməsinə səbəb olduğunu və beləliklə, ağ görünüşü ilə tanınan dağların yaşıllaşdığını bildiriblər.

Tədqiqatın müəllifi Sabina Rumpfun sözlərinə görə, Alp bitkiləri sərt şərtlərə uyğunlaşır, amma çox da dözümlü deyillər.

O qeyd edib ki, ekologiyanın şərtləri dəyişdikcə, Alp dağlarında görülən xüsusi növlər üstünlüklərini itirirlər. Rumpf Alp dağlarının unikal biomüxtəlifliyinin ciddi təzyiq altında olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu