20 Dekabr 2022 15:30
3 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsda baş verən son zəlzələ əvvəlki rekorddan 5 dəfə böyük olaraq tarixə düşüb. Mənbəyi müəyyən edilə bilməyən olayın indiyə qədər qeydə alınan ən güclü zəlzələ olduğu bildirilib. Zəlzələ “qırmızı planeti” saatlarla silkələyib.

Teleqraf.com xəbər verir ki, NASA Mars haqda daha çox məlumat əldə etmək üçün planetdə baş verən təbii hadisələri araşdırarkən, İsveçrə Federal Texnologiya İnstitutundan ilginc açıqlama gəlib.

Marsda baş verən zəlzələnin indiyə qədər qeydə alınan ən güclüsü olması ilə yanaşı, bunun düz 10 saat davam etməsi də diqqət çəkir.

“Bu zəlzələdən ayrılan enerji indiyə qədər gördüyümüz bütün digər zəlzələlərin ümumi enerjisinə bərabərdir”, - açıqlamada deyilir.

Zəlzələnin maqnitudası 4.7 bal gücündə müəyyən edilib.

“Bu, Yerin standartlarına görə böyük zəlzələ kimi görünməyə bilər, planetimizdə indiyə qədər qeydə alınmış ən güclü zəlzələ təxminən 9.5 bal gücündə olub. Amma bu zəlzələ seysmik cəhətdən passiv olan bir planet üçün olduqca təsiredicidir”, - məlumatda bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər