20 Dekabr 2022 22:55
2 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya ilk dəniz külək stansiyasının tikintisini planlaşdırır.

Teleqraf.com xəbər verir ki, "Metsahallytus" və "Vattenfall" şirkətləri Finlandiyanın Korsnyas bələdiyyəsi sahillərində ilk dəniz külək stansiyasının tikintisini nəzərdə tutan layihənin işlənib hazırlanmasına dair saziş imzalayıblar.

Stansiyanın gücü 1,3 GVt-a çatacaq və təxmin edilən illik elektrik enerjisi istehsalı ildə 6 TVt/saat təşkil edəcək. Stansiya 2 milyondan çox yaşayış binasını və ya 250 minə yaxın fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edə biləcək.

Respublika 2035-ci ilə qədər karbon-neytral dövlətə çevrilməyi hədəfləyir. Hazırda külək enerjisi Finlandiyada istehsal olunan bütün elektrik enerjisinin təxminən 10%-ni təşkil edir.

Ekspertlərin fikrincə, 10 ildən sonra bu pay 25%-ə yüksələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər