3 İyul 2023 20:24
3 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Terminator" filmindəki məşhur "mən qayıdacağam" ifadəsi bu gün reallığa çevrilib.

Teleqraf.com xəbər verir ki, Bu həftə Los-Ancelesdə keçirilən “Arnold Şvarzeneggerlə axşam” tədbirində danışan 75 yaşlı aktyor "Terminator" filmlərində nəzərdə tutulan süni intellekt dünyasının “gerçəkliyə çevrildiyini” deyib.

“Bu gün hamı bunun nəyə gətirib çıxaracağından qorxur” deyən Arnold Şvarzenegger serial rejissoru Ceyms Kemeronu "qeyri-adi" ssenarisinə görə tərifləyib və qeyd edib ki, film 1984-cü ildə debüt edəndə onlar süni intellektin "sadəcə səthini cızırdılar".

"Bu, artıq onilliklərdir ki, bir reallıqdır. Bu, artıq elmi fantastika və ya futuristik deyil. Bu, reallıqdır”, deyə aktyor bildirib.

Elmi fantastika hit olan “Terminator” filmində Şvartsenegger, aktrisa Linda Hamiltonun canlandırdığı Sara Konnoru öldürmək üçün gələcəkdən göndərilən kiborqu canlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər