Amerikalı arxeoloqlar bu qənaətə gəliblər ki, ilk insanlar əsasən bitki və tərəvəzlərlə qidalanıblar. Bununla qədim əcdadlarımızın əsasən ət istehlak etdiyi barədə ümumi qəbul edilmiş rəy təkzib edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“İlk insan iqtisadiyyatlarının ovçuluğa əsaslandığına, bunun da paleo-pəhriz kimi yüksək proteinli pəhrizlərə səbəb olduğuna inanılır. Amma apardığımız araşdırmalar göstərir ki, o dövrdə istehlakın 80 faizi bitki, yalnız 20 faizi ət mənşəli olub”, - tədqiqatın müəlliflərindən biri, arxeoloq Rendi Haas deyib.
Arxeoloqlar Peruda And dağlarında 9000-6500 il əvvələ aid iki məzar yerindən 24 nəfərin qalıqlarını araşdırdıqdan sonra bu qənaətə gəliblər.
Toplanmış məlumatlar göstərir ki, yabanı kartof və digər bitkilər kənd təsərrüfatına keçidə qədər insanların qidalanmasının əsasını təşkil edib.