Kosova höküməti TikToku bağlamaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, hökumət kibertəhlükəsizliyi artırmaq üçün Çin sosial media platforması olan TikTokun dövlət qurumlarında istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.
Kosovo hökumətinin bugünki kabinet iclasında TikTokun bütün dövlət qurumlarında qadağan edilməsinə səs verilib.
Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq "kiber təhlükəsizliyi artırmaq" məqsədilə qadağan edilib. Təklif kabinet üzvləri tərəfindən yekdilliklə qəbul edilib.