18 Sentyabr 08:20
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Teleqraf.com-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb və saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu saat 06:44-də baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.

2024-cü ilin ikinci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkündür.

Azərbaycan ərazisində saat 04:41-dən 06:19-dək yarımkölgəli Ay tutulması müşahidə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər