İngiltərədə ana eyni uşağı iki dəfə dünyaya gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunub ki, hamiləliyin ilkin dövrlərində həkimlər anaya uşağın onurğa çəpəri ilə doğulacağını bildiriblər. Buna görə də, xəstəliyin inkişafını dayandırmaq üçün qadın hamiləliyin altıncı ayında uşağı dünyaya gətirməyə razılaşıb. Həkimlər uşağı ananın bətnindən çıxarıb qüsuru aradan qaldırıb uşağı geri qaytarıblar.
8-ci ayın sonunda ana real doğuşla dünyaya oğlan uşağı gətirib. Doğuşdan sonra körpə səkkiz gün reanimasiyada yatıb və bir neçə dəfə əməliyyat olunub. Təəssüf ki, həkimlər uşağın yeriyə bilməyəcəyini proqnozlaşdırırlar.