27 Dekabr 21:45
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın "Suzuki" avtomobil şirkətinə 40 ildən çox rəhbərlik edən Osamu Suzuki 94 yaşında limfomadan dünyasını dəyişib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis şirkətə 1958-ci ildə qoşulub. Sonra onun təsisçilərindən birinin qızı ilə evlənib və qızın soyadını götürüb. 20 il sonra o, şirkətə rəhbərlik edib. Onun rəhbərliyi dövründə şirkətin satışları on dəfə artıb.


Müəllif: Arzu

Oxşar xəbərlər