Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, festivalın bağlanış mərasimi Kann Festivallar Sarayında baş tutub.
Bu il Qızıl Palma uğrunda 19 film yarışıb. Türk əsilli alman rejissoru Fatih Akının “Solğun” filmində baş rolu oynayan Diana Kruqer festivalın “Ən yaxşı qadın aktrisa” nominasiyasında qalib olub. Festivalın “Ən yaxşı kişi aktyoru” mükafatı isə Xoakin Feniksə verilib.
Yorqos Lantimosun “Müqəddəs maralın qətli” filmi ən yaxşı ssenari, Sofiya Koppolanın “Başdan çıxarılan” filmi ən yaxşı rejissor işi nominasiyasının qalibi elan olunub. Festivalın Qran-Prisi Robin Kapillonun “Dəqiqədə 120 zərbə” filminə, jüri mükafatı isə rus rejissor Andrey Zvyagensevin “Sevgisizlik” filminə təqdim edilib.
Festivalın baş mükafatı - “Qızıl Palma”ya isveçli rejissor Ruben Östlundun “Kvadrat” filmi layiq görülüb.
Festivalın 70 illiyi ilə bağlı mükafatlar Nikol Kidman və Uil Smitə təqdim olunub.