Türkiyənin Zonquldak şəhərində 43 yaşlı Zekai E. Facebookda tanış olduğu 14 yaşlı qızı evinə gətirərək ona üç gün təcavüz edib.
Teleqraf.com "Hürriyet"e istinadən xəbər verir ki, ailəsi Y.A-nın itkin düşdüyünü zənn edərək polisə müraciə edib. Üç gündən sonra tapılan qız təcavüzə məruz qaldığını polisə bildirib.
Həbs olunan Zekai.İ-yə qarşı azyaşlıya qarşı cinsi təcavüz, şəxsi azadlıqdan məhrumetmə maddələri üzrə cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə o, 19 il 2 ay azadlıqdan məhrum edilib.