9 Avqust 2016 08:06
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Natural Machines” startapı qida üçün “Lipson” adlı 3D ev printeri yaradıb. Qurğu müxtəlif inqrediyentlərdən ibarət 8 kartricin köməyi ilə müxtəlif qidaları çap edə bilər. Cihazın ölçüsü kofeqaynadan boydadır.

Teleqraf.com “mail.ru” saytına istinadən xəbər verir ki, əvvəllər ixtiraçılar tərəfindən qida çap etmək üçün təqdim edilmiş 3D printerlərin dəyəri nisbətən baha və inqrediyentlər çox məhdud idi. Yeni qurğuda kartriclərin daxilində dondurulmuş püre formasında inqrediyentlər var. “Lipson” bu inqrediyentlərdən yeməli tozlar, gellər, pastalar və başqa qidalar hazırlayır.

Tərtibatçıların sözlərinə görə, proqram təminatı 3D printerin işləməsində aparıcı rol oynayır. Əvvəllər belə qurğular detalların çapı üçün istifadə olunurdu.

Qida hazırlamaq üçün fərdi 3D printerə 5-10 il sonra hər kəs sahib ola bilər. Qurğu Beynəlxalq Kulinariya Mərkəzinin dəstəyi ilə yaradılıb.

Alimlər düşünürlər ki, “Lipson” qurğusu 2020-2025-ci illərdə hər bir mətbəxin bəzəyi olacaq.


Müəllif:

Oxşar xəbərlər