İsrail hərbi-hava bazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb.
Bunu yerli “İkinci kanal” telekanalı bildirib. Telekanal Müdafiə Nazirliyinə istinadən “Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş ən təkmilləşdirilmiş peyk olduğunu qeyd edib. Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən “Palmaxim” bazasından kosmosa buraxılıb. Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus “Amos-6” peyki tamamilə sıradan çıxıb.
APA