Saatlar dünya siyasətçilərinin ən vacib aksessuarları sırasında ilk yerlərdən birini tutur.
Bu dəfə Teleqraf.com saytı bahalı saatları ilə seçilən rusiyalı məmurların siyasını hazırlayıb. Siyahıda məmurların qol saatlarının markası və onların illik gəlirləri əks olunub.
1. Rusiya prezidenti Vladimir Putin
Saatın marka və modeli: lancpain, Leman Chronographe Flyback Grande Date ref.2885.
Dəyəri: 10-11 min dollar
2014-cü il üçün gəliri: 7,6 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 198 min dollar)
2. Rusiyanın Baş naziri Dmitri Medvedev
Saatın marka və modeli: Apple, Apple Watch Sport.
Dəyəri: 350 dollar
2014-cü il üçün gəliri: 8 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 208 min dollar)
3. Rusiya xarici işlər naziri Sergey Lavrov
Saatın marka və modeli: Blancpain Leman ref. 2860
Dəyəri: 10-11 min dollar
2014-cü il üçün gəliri: 6,1 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 159 min dollar)
4. Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov
Saatın marka və modeli: Panerai, Luminor Marina Automatic
Dəyəri: 7500 dollar
2014-cü il üçün gəliri: 478 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 12,4 milyon dollar)
5. Rusiya Baş nazirinin müavini Dmitri Roqozin
Saatın marka və modeli: Şturmanski VK64/3355851
Dəyəri: 230 dollar
2014-cü il üçün gəliri: 11,7 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 305 min dollar)
6. Rusiya Baş nazirinin müavini Arkadi Cokoviç
Saatın marka və modeli: "Raket", "Avtomat"
Dəyəri: 700 dollar
2014-cü il üçün gəliri: 55,5 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 1,4 milyon dollar)
7. Rusiyanın idman naziri Vitali Mutko
Saatın marka və modeli: Patek Philippe, 5024g
Dəyəri: 12 min dollar
2014-cü il üçün gəliri: 7,6 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 198 min dollar)
8. Rusiyanın təhsil naziri Dmitri Livanov
Saatın marka və modeli: Breguet, Classique Alarm «Le Reveil du Tsar»
Dəyəri: 30 min dollar
2014-cü il üçün gəliri: 37,5 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 977 min dollar)
9. Rusiyanın maliyyə naziri Anton Siluanov
Saatın marka və modeli: Breguet, Classique Power Reserve
Dəyəri: 30 min dollar
2014-cü il üçün gəliri: 38 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 990 min dollar)
10. Rusiyanın "VTB" bankının prezidenti Andrey Kostin
Saatın marka və modeli: Breguet, Tourbillon Automatic Power Reserve
Dəyəri: 138 min dollar
2014-cü il üçün gəliri: 240 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 6,3 milyon dollar)
11. "Rosneft"in prezidenti İqor Seçin
Saatın marka və modeli: Rolex, 218206
Dəyəri: 63 min dollar
2014-cü il üçün gəliri: bir aya 20 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 521 min dollar)
12. Çeçenistan rəhbəri Ramzan Kadırov
Saatın marka və modeli: GreubelForsey, Tourbillon 24 Secondes Contemporain
Dəyəri: 280 min dollar
2014-cü il üçün gəliri: 8,2 milyon rubl (2014-cü ilin məzənnəsi ilə 213,5 min dollar)
Samir