Türkiyə Hərbi Dəniz Qüvvələri Qara dənizdə batmaqda olan yük gəmisindəki azərbaycanlı dənizçini xilas edib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı “M/V FOM” yük gəmisinin mühərrikində gözlənilmədən problem yaranıb. Mühərrikdə yaranana tüstülənmə gəmiyə suyun dolması ilə nəticələnib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Yıldırım” xilasedici gəmisi heyət üzvlərini xilas edib. Gəminin göyərtəsində bir azərbaycanlı, dörd gürcü və üç Türkiyə vətəndaşı olub.