2 Noyabr 2016 00:12
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan polisi Orat Varamaşvili adlı şəxsi saxlayıb. Məlumatlara görə, o, avqustun 31-də Rustavidə məhkəmə zalından qaçıb. Oğurluqda günahlandırılan şəxs qaçma planını həbs olunarkən cızıb.

Planı reallaşdırmaq yalnız 20 il sonra mümkün olub. Varamaşvili məhkəmə zalından çörəkdən hazırlanmış qumbara maketinin köməyi ilə qaçmağa nail olub. O, 45 gün müddətində kiçik kilsədə gizlənib.

Yaxalanan Varamaşvili dindirilmə zamanı sevgilisi ilə evlənmək üçün qaçdığını bildirib. Yayılan məlumatlarda bildirilib ki, cütlük bu müddətdə evlənməyə nail olublar. Ancaq Varamaşvilinin valideynləri oğullarının bu nigahını tanımayıblar. Onlar Lizanın küçə qadını olduğunu əsas göstəriblər.

Elvin


Müəllif:

Oxşar xəbərlər