Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov evi sökülən vətəndaşlara pulsuz hüquqi yardım göstərən mərkəz yaradıldığını deyib.
O, Teleqraf.com-a açıqlamasında bu mövzuda çoxsaylı suallar yarandığını söyləyib: “Sadə insanların çoxsaylı suallarına cavab vermək üçün hüquqşünaslardan ibarət qrup yaradılıb. Vətəndaşlar hüquqi yardıma görə heç bir ödəniş aparmayacaqlar”.
Eyvaz Bağırov “Sovetski” ərazisində ev alqı-satqısı ilə əlaqədar müraciət edən sakinlərlə görüş keçirlməsi üçün komissiya təşkil edildiyini də vurğulayıb.
Onun sözlərinə görə, həftənin tək günləri Cəfər Cabbarlı-12 ünvanda hər gün saat 14.30-dan 18.00-a qədər mütəxəssislər vətəndaşların çoxsaylı suallarına cavab verəcəklər: “Hüquqi baxımdan hər hansı anlaşılmazlıq varsa, ona aydınlıq gətiriləcək. Əgər mübahisələrdə məhkəmə predmeti varsa, məhkəməyə müraciət ediləcək və vətəndaşlara hüquqi dəstək veriləcək.
Həftənin 2-ci və 4-cü günləri isə alqı-satqıya dəvət olunan vətəndaşlarla görüş keçirilir və mülkiyyətin qiymətinin müəyyənləşdirilməsi kimi məsələlərə aydınlıq gətirilir”.
SEVİL