18 Avqust 2014 17:59
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, Osmanlı imperiyasının sonuncu şahzadəsi Ərtoğrul Osmanoğlunun xanımıdır. O, şah nəslinin nümayəndəsi, Əfqanıstan kralı Əmənullah xanın qardaşı qızıdır. Onun anası isə Türkiyənin köklü ailələlərindən birinin qızı, ilk qadın ginekoloq Pakizə Tərzi olub.

Söhbət indi Nyu-Yorkda kirayə qaldığı evdən çıxarılması istənilən şahzadə titullu Zeynəb Osmandan gedir.

Zeynəb xanım İstanbulda anadan olub, ilk təhsilini də orada alıb. Amma sonralar universitetdə oxumaq üçün Londona gedir. 1971-ci ildən etibarən isə Nyu-Yorkda yaşayır.

Dünya mətbuatının gündəminə “Evindən çıxarılan şahzadə” kimi düşən Zeynəb xanımı evdən çıxarmaq istəyirlər. Bu məsələyə keçməzdən əvvəl Amerikda kirayə nəzarət sistemi haqqında məlumat verək: Nyu- Yorkda gəliri az olan ailələri güclü ev sahiblərindən qorumaq üçün bir sistem yaradılıb. Həmin sistemə daxil olan evlərin kirayə pulu bəlli bir limitdən daha çox qaldırıla bilməz və həmin evlərdə yaşayan ailələri də evdən çıxarmaq çətinləşdirilib.

Zeynəb xanım da illərdir belə bir evdə yaşayır. Hələ Ərtoğrul bəy sağ ikən bu evə çox xərc qoyduğu, üstəlik ailə həyatlarının böyük bir hissəsi bu evdə keçdiyi üçün şahzadə xanım da buradan çıxmaq istəmir. Evin sahəsi böyük olsa da, cəmi 2 otaqdan ibarətdir. Yataq otağı və bir növ xatirələr otağı.

Söhbət xatirələrdən düşmüşkən, qeyd edək ki, Zeynəb xanım deyir ki, həyat yoldaşı 95 il yaşadı, amma bu gün də onun üçün darıxır. Onların mənzili məşhur bir restoranın üst qatında yerləşir və mənzilə dar və dik pillərlər qaxır. Bu binanın lifti yoxdur. Amma bunun özünün də xeyri az deyil. Əratoğrul bəyin həkimi deyirmiş ki, onu bu yaşa qədər ayaq üstə saxlayan bu pilləkən olub:

“Elə mən də gündə bu pillələri 2-3 dəfə düşüb çıxıram. Bu ev mənim üçün çox doğmadır. Burda bizim ən gözəl illərimiz keçib. Ərtoğrul bəy mənim 2-ci izdivacımdır. Ondan öncə atamın məsləhət bildiyi bir əfqan doktorla ailə qurmuşdum, amma sonra ayrıldıq. Şahzadəmə rast gələndə artıq 40-ı keçmişdim. Əslində ikimiz də gənc deyildik, ona görə də uşağımız olmadı…”

Həyat yoldaşı haqqında danışarkən onun sözləri böyük bir sevgi və hörmətlə ifadə etməsi
insanı riqqətə gətirir. Salonda şahzadənin öz əlilə düzəltdiyi mebel dəsti də var ki, Zeynəb xanım onu göz bəbəyi kimi kimi qoruyur.

Zeynəb xanım Osmanlı sultanları haqqında daha bir maraqlı fakti açıqlayır: “Yadımda deyil, hansı sultan olub, amma o vəsiyyət edib ki, şahzadələrə mütləq bir sənət öyrədin. Cünki bir gün çörəkpulu qazanmaq məcburiyyətində qala bilərsiniz. Beləcə bütün şahzadələrin bildiyi bir sənət olub. Məsələn, Sultan Süleyman zərgər olub. Mənim yoldaşım da əla aşpaz idi”.

"Həyatınızdan razısınızmi" sualına Zeynəb xanım "Həyatım çox yaxşı keçib, amma Ərtoğrulu itirəndən sonar sanki hər şey bitdi, indi xoşbəxt deyiləm" deyə cavab verir…

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər