17 Oktyabr 2014 20:16
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə sağlığında da yaşlı Lesli Emerson dost və yaxınlarına daim ismarış yazardı. Ona görə də İngiltərə sakini Lesli 59 yaşında vəfat edərkən ailəsi onu mobil telefonla dəfn edib.

Yaxın qohumları onun ölümü ilə barışmayaraq, ailədə baş verənlər haqda onun nömrəsinə ismarış göndərib. Əlbəttə, ismarışa cavab verən olmayıb. Lakin bir gün... Lesli onlara cavab yazıb.

Üç il sonra nəvəsi Şeri nənəsindən ismarış aldıqda dəhşətə gəlib. İsmarıcda belə yazılıb: “Mən sizi izləyirəm. Hər şeyin öhdəsindən gəlirsiniz, sizdə hər şey yaxşı olacaq”.

İngiltərənin Saut-Şilds şəhərindən olan 22 yaşlı qız etiraf edib: “İsmarışı oxuduqdan sonra şoka düşdüm. Nənəmə mesaj göndərsək də bilirdik ki, o, heç zaman bizə cavab yazmayacaq. Biz onun ölümündən sonra bunu etməklə kədərimizi azaltmağa çalışırdıq, çünki o, yazışmağı sevərdi”.

Qız sonradan bir daha bir ismarış alıb: “Mən səni izləyirəm. Hər şey yaxşılığa doğru dəyişəcək. Sadəcə, irəli get”.

Qız baş verənləri aydınlaşdırmaq üçün özü tədqiqat aparmağa başlayıb. Son anda qızın nənəsinə məxsus nömrədən istifadə edən insan hərəkətinə görə üzr istəməli olub. Sən demə, sonradan mobil operatoru ilə müqavilə imzalayan bir kişi həmin nömrəni əldə edibmiş.

Kişinin sözlərinə görə, nömrəni aldıqdan sonra naməlum nömrələrdən ismarış almağa başlayıb. Adam dostlarının onunla zarafatlaşdığını zənn edib. Onun özü də zarafata qoşularaq cavab yazmağa başlayıb, lakin zarafatın nə ilə nəticələnəcəyindən xəbərsiz olub.

Leşli Emerson öldükdən sonra oğlu Con anasının nömrəsinin bir daha istifadə olunmayacağı haqda operatordan təminat alıb. Amma bununla belə, mobil operator təmsilçiləri nömrədən ikinci dəfə istifadə etməyə icazə veriblər.


Qalmaqaldan sonra mobil nömrə varisə qaytarılıb.


Müəllif:

Oxşar xəbərlər