Son zamanlar kreativliyi aşıb daşan bəzi gənclər hətta ölülərlə də selfi çəkdirməyə başlayıblar. Diqqəti çəkən odur ki, ictimai qınağa baxmayaraq, sosial şəbəkələrdə bu tipli paylaşmaların sayı getdikcə artmaqdadır. Belə qəribə və xoşagəlməz olaylardan biri də şimal qonşumuz olan ölkədə baş verib.
Teleqraf.com-un məlumatına görə, Rusiyada gənc qız dünyasını dəyişmiş nənəsi ilə çəkdirdiyi şəkili sosial şəbəkələrdə yerləşdirdikdən sonra cəmiyyətin təzyiqi ilə üzləşib.
İnstagram-da soda5666 adı ilə qeydiyyatdan keçmiş qız şəkilin altından “nənə ilə sonuncu selfi” yazaraq paylaşıb.
Həmin fotoya şərh yazan istifadəçilər ölənin hansı nənə olduğunu dəqiqləşdirməyə çalışıblar.
Sosial şəbəkə istifadəçiləri qızın bu addımını kəskin tənqid ediblər.