QOÇ – Təzadlı vaxtdır. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Belə məqamlarda hadisələrə obyektiv qiymət verin. Yeganə dincliyiniz səfər və qonaqlıqlarda mümkündür.
BUĞA - Şəxsi büdcənizdə ciddi artım olacağına inanmalısınız. Boş məsrəflərə xərc çəkməkdənsə bir az qənaətcil olun. Yaxın dostlarınıza və qohumlarınıza qarşı unutqan olmayın.
ƏKİZLƏR - Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünki həmin ərəfədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə vaxtınızı ailə-sevgi məsələlərinə həsr edir.
XƏRÇƏNG – Ümumən gərgin gün olduğundan mənəvi zövq almaqdan bir qədər məhrum ola bilərsiniz. Çünki rastlaşdığınız situasiyalar, xüsusən də səhhətiniz ürəkaçan olmaya bilər. Amma büdcənizdə artım mümkündür.
ŞİR - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagəlməzliklər, digər tərəfdənsə münaqişələrə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.
QIZ - Neçə müddətdən bəri daxili sıxıntılarınıza səbəb olan bəzi problemlərin həllinə işıq düşəcək. Qərarlarınızda qətiyyətli olun. Saat 13-16 arası istənilən riskli işdən uzaq olun.
TƏRƏZİ - Bu təqvim bürcünüz üçün əlamətdar olacaq. Ələlxüsus da fəaliyyətlə bağlı proseslərdə vəziyyət xeyrinizə dəyişəcək. Atacağınız hər bir addımı yalnız özünüz müəyyənləşdirin.
ƏQRƏB - İlk növbədə maliyyə məsələlərində uğurlarınız mümkündür. Bu səbəbdən də nəzərdə tutduğunuz bütün pul haqq-hesablarını həll etməyə çalışın. Qeybətdən və kindən uzaq olun.
OXATAN - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri isə maksimum məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Uzaq səfərlərə çıxmayın.
OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə qarşınızda ciddi öhdəliklər duracaq. Bu səbəbdən ulduzlar aktivliyinizi artırmağın vacibliyini vurğulayır. Amma sövdələşdiyiniz şəxslərlə mübahisəyə həvəs göstərməyin.
SUTÖKƏN - Olduqca məhsuldar ərəfədir. Məhz bu amili nəzərə alıb qarşınıza qoyduğunuz planların icrasında aktivliyi əldən verməməlisiniz. Axşam maraqlı görüşlərdə iştirakınız mümkündür.
BALIQLAR - Hazırkı gərginliyinizi dəf etmək üçün ürəyinizə yaxın dostlarınıza müraciət edin. Bu arada bəxtiniz daha çox ailə-sevgi münasibətlərində gətirə bilər. Ulduzlar pul da vəd edir.