12 Noyabr 2014 09:22
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Instagram” sosial şəbəkəsi istifadəçiləri fotoşəkil və qısamüddətli videoçarxların dərcindən sonra onlara yazılmış şərhləri redaktə etmək imkanı əldə ediblər.

Teleqraf.com ictnews-a istinadən xəbər verir ki, bu barədə “Instagram” rəsmi bloqunda yazılıb.

Bundan əvvəl fotoşəkillərə yazılan ilkin şərhlərdə səhvə yol vermiş istifadəçilər onu dəyişmək və ya silmək üçün fotoşəkil və ya videoçarxı silərək yenidən yükləmək məcburiyyətində olublar.

“Şərhlərin redaktəsi “Instagram” cəmiyyəti tərəfindən ən çox tələb edilən funksiyalardan biri olub. Siz fotoşəkillərin alt hissəsində “Redaktə etmək” adlı yeni funksiyanı tapa bilərsiniz” – “Instagram” xidmətindən bildirilib.

Hazırda “Instagram” sosial şəbəkəsindən 200 milyondan çox insan istifadə edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər