Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.
Cənub küləyi 5-10 m/s, gündüz arabir 14 m/s olacaq.
Temperaturun gecə 8-12° isti, gündüz 14-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə duman olacaq.
Şərq küləyi 3-8 m/s olacaq.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.