Yaponiyanın "Shimizu Corp." şirkəti suyun altında nadir ekeoloji xüsusiyyətlərə malik "Ocean Spiral" şəhərinin layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, layihənin maliyyə dəyəri 25,3 milyard dollardır. Şəhərdə beş min insanın yaşayacağı bildirilir.
Şirkətin yaydığı məlumatda layihənin üç hissədən ibarət olacağını bildirib. Konstruksiyanın birinci hissəsi 500 metr diametrində sferadan ibarət olacaq və onun yalnız yuxarı hissəsi suyun üzərində yerləşəcək.
Dairəşəkilli konstruksiyanın mərkəzindəki qüllədə 350 adi və 50 suit kateqoriyalı mehmanxana nömrəsi, 50 min kvadratmetr ərazini əhatə edən apartamentlər, ofislər, həmçinin elmi-tədqiqat mərkəzi yerləşəcək.
Sfera aşağı hissədə okeanın 3-4 kilometr dərinliyinə gedən 15 kilometr uzunluğunda spiralla birləşəcək. Spiralın digər başında "yer ferması" adlanan və dəniz dibinin ehtiyatlarını analiz edən tədqiqat mərkəzi yerləşəcək. Layihəyə əsasən, buradakı generatorlar üçün enerji yuxarıdakı isti və dərinlikdə yerləşən soyuq suların fərqindən alınacaq. Bundan əlavə, metanogenlərin və distillə edilmiş suyun köməyi ilə karbon qazından alınacaq metandan da enerji mənbəyi kimi istifadə olunacaq.
Qeyd edək ki, layihə 2030-cu ildə həyata keçiriləcək.
Teleqraf.com layihənin fotolarını təqdim edir :
Rüstəm