İsveçli dizayner Eduard Qrey dünyanın ən bahalı və süperlyuks yaxtasının dizaynını hazırlayıb.
Teleqraf.com xəbər verir ki, "Xhibitionist" adlanan meqayaxtada cakuzi, helikopter meydançası və hətta "Steinway" pianosu var. Yaxtanın göyərtəsinin damında elektroenerji əldə etmək üçün Günəş panelləri də var. 75 metr uzunluğu olan yaxtanın dekorasiyası art-nuvo stilindədir. Onun ən sadə variantının dəyəri 20 milyon avrodur.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm