Amerikada yaşayan 3 yaşlı qız qeyri-adi və inanılmaz xəstəlikdən əziyyət çəkir. Nataliya Hayhurst qeyri-qida məhsulları yeyir. Qızın ən çox sevdiyi "yemək" isə kərpiç və lampadır.
Teleqraf.com-un məlumatına görə, tibbdə "Pica" adlandırılan xəstəlikdən əziyyət çəkdiyi üçün ailəsi uşağı nəzarətsiz qoymur. Belə ki, azyaşlı bir müddət öncə otağındakı lampanı yeyib. Ağır vəziyyətdə olan uşağı çox çətinliklə həyata qaytarmaq mümkün olub.
Uşağın anasının sözlərinə görə, bu hadisədən sonra o, lampa yeməyi nisbətən tərgitsə də, bağçada tapdığı daşları, taxta parçalarını iştahla yeyir.