İflas yaşamış Kodak şirkəti biznesin yeni istiqamətlərinə yönəlməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Kodak şirkəti "CES 2015" sərgisində yeni smartfonunu təqdim etməyə hazırlaşır. Yeni smartfon Kodak brendi adı altında bazara təqdim olunacaq. Hazırda yeni smartfon barədə şirkət tərəfindən heç bir məlumat verilmir. Kodak nümayəndələri yeni smartfonun xarakteristikaları barədə məlumat gizli saxlamaq qərarı veriblər.
"CES 2015" sərgisi gələn ilin 6-9 yanvar tarixlərində keçiriləcək. Sərgi çərçivəsində "Kodak" şirkəti yeni smartfondan əlavə, təkmilləşdirilmiş təhlükəsizlik kameraları sistemini nümayiş etdirəcək.
Rüstəm