10 Yanvar 2015 00:15
791
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, gündüz arabir 15-17 m/s olacaq. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 3-6° isti, Bakıda 2-4° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 85-95 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 5-10° şaxta, dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Müəllif: