20 Yanvar 2015 00:05
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Sizə mənəvi dəstək verə biləcək insanlarla rastlaşma ehtimalınız var. Çalışın ki, bu görüşlər boşuna getməsin. Daxili narahatlığınızı dəf etmək üçün bunun böyük səmərəsi ola bilər.

BUĞA - İş günü olmasa da ulduzlar bütün diqqəti fəaliyyətə ayırmağı tövsiyə edir. Əgər bunu bacarsanız, yanvarın son ongünlüyündə ciddi problemlərlə rastlaşmayacaqsınız.

ƏKİZLƏR - Həyat təcrübəsi zəif olan adamlardan uzaq olun. İndiki məqamda belə hallar sizə yalnız zərər yetirə bilər. Amma bilik və təcrübəsi bol olan şəxslərdən bərk-bərk yapışın.

XƏRÇƏNG - Əgər səhhətiniz imkan versə, müqəddəs yerləri ziyarət etməklə hazırkı enerji azlığınızı aradan qaldıra bilərsiniz. Maraqlı insanlarla rastlaşma ehtimalınız da var.

ŞİR - İştirakçısı olduğunuz proseslər olduqca ciddi bir mərhələyə yetişib. Belə məqamlarda ehtiyatlı və tədbirli davranmalısınız ki, gözdən düşməyəsiniz. Uzaq yola çıxmaq da olar.

QIZ - Ətrafınızı bürüyən bədxah insanlar sizi imansız yola təhrik edə bilərlər. Özünüzü təsirdən qoruyun. Hansısa dedi-qodu və ya şər neçə illik xoş münasibətlərə kölgə salmamalıdır.

TƏRƏZİ - Mistik düşüncələrə qapılmaqdansa, Tanrını başınız üstündə hiss edib düzgün qərarlar verin. Yalnız bu halda irəliləyişlər mümkündür. Qarşınızda müəyyən yeniliklər də durur.

ƏQRƏB - Həssas və çılğın olmağınızdan istifadə edən bəzi bədxahlar sizə tələ qura bilər. Bu səbəbdən də özünüzü dağ kimi təmkinli aparın. Əmin olun ki, bunun bəhrəsini görəcəksiniz.

OXATAN - Nahara qədər qeyri-adi hansısa hadisə gözləməkdənsə, darıxdığınız adamlarla görüşməyə cəhd edin. Pul və işlə bağlı planlarınızı isə günortadan sonraya saxlayın.

OĞLAQ - Pul kisəsinin qənaətbəxş olmaması ləyaqət və mənliyinizə kölgə salmamalıdır. Çünki həyatın enişi-yoxuşu həmişə olur. Odur ki, iman işığına söykənib mərhəmətli olun.

SUTÖKƏN - Artıq bu gündən öz bürcünüz "hakimiyyətə” gəlib. Bu isə hamıdan enerjili və şanslı olacağınıza stimul verəcək. Konkret olaraq bu gün əlaqələrə və qazanca diqqət ayırmalısınız.

BALIQLAR - Ətrafınızda cərəyan edən proseslər nə qədər əleyhinizə işləsə də, dözümlü olmalısınız. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Mənzil şəraitində daha çox olun.


Müəllif:

Oxşar xəbərlər