2 Mart 2015 06:01
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Səhiyyə Təşkilatı hər il 1,1 milyard nəfərin ağıllı telefonlarda və daşına bilən musiqi alətlərində yüksək səslə musiqi dinlədiyi üçün karlaşma təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Gündə 1 saatdan çox musiqi dinləyən yaşları 12-35 arasında dəyişən 43 milyon nəfərin kar olduğunu və belə adamların sayının hər il bir az artdığını deyiblər. Sağlıq təşkilatının üzvü olan Şelli Çadha orta və yüksək gəlirə sahib olan ölkələrdə 12-35 yaş qrupunda olan insanların 50%-nin yüksək səslə musiqi dinlədiyini və bunun olduqca təhlükəli olduğunu araşdırıblar.

Həmin yaşda olanları 40%-i isə əyləncə məkanlarında və idman zallarında yüksək səslə musiqi dinlədiklərini söyləyiblər. 8 saatdan çox 85 desibldən çox, 15 dəqiqə 10 desibldən çox səsə məruz qalan insanlar karlıq təhlükəsi ilə daha çox üzləşirlər. Mütəxəssislər qulaq hüceyrələrinin sinir hüceyrələri olduğunu və ölən hüceyrələrin yenilənmədiyini deyirlər.

Məlumat üçün bildirək ki, qulaq hüceyrələrinin yenilənə bilməsi üçün araşdırmalar davam edir. Lakin hazırda uğurlu nəticə əldə edilməyini deyiblər.


Müəllif:

Oxşar xəbərlər