23 May 2015 10:17
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “A Haber” telekanalının “Deşifrə” proqramında yayımlanan və PKK terror qruplaşmasına aid olan görüntülər etiraza səbəb olub.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, videoda terrorçuların istehza ilə namazın bir sıra əlamətlərini yerinə yetirdiyi, kənardakıların isə bunu bir tamaşa kimi qəbul edib güldüyü görünüb.

Görüntülərin Şanlıurfada keçirilən əməliyyat zamanı ələ keçirildiyi bildirilib. Video ölkədəki din xadimləri tərəfindən kəskin narazılıqla qarşılanıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif: