"Snapchat" messenceri özünün 5 dəqiqəlik süjetlərindən birini müsəlmanların müqəddəs Məkkə şəhərinə həsr edib. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata əsasən, dünya müsəlmanları "Snapchat"-a Twitter şəbəkəsində təşəkkürlərini bildiriblər. Təxminən 112 minə yaxın minnətdarlıq yazıları "#mecca_live" xeşteqi ilə bölüşülüb.
Qeyd edək ki, süjet Məkkə ziyarəti barəsində olub. Servisin komandası istifadəçilərə qeyri-müsəlmanlara qadağan olunmuş şəhəri izləmək imkanı yaradıb.