12 Avqust 2015 15:18
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevgilisi ilə münasibət quran qızın adına saxta profil açdığına görə 4 il həbs oluna bilər.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Funda E. sevgilisini onun əlindən alan İşıl K-nin şəkillərindən istifadə edərək facebook-da “Funda” adlı saxta profil açıb. Daha sonra müxtəlif oğlanlarla danışıb.

İşin üstü İşıl dostu ilə kafedə olan zaman bir nəfərin ona yaxınlaşıb "Fundacım" deməsi ilə açılıb. O, bundan sonra polisə müraciət edib.

İstintaq nəticəsində "Funda" adlı ilə profilin sahibinin 21 yaşlı Funda E. olduğu müəyyənləşib.

O, polisə verdiyi ifadəsində "Oğlan üstündə mübahisə etdik. Sevgilimlə münasibət qurub. Mənə təhqirlə dolu mesajlar yazıb və şəkillərimi paylaşıb. Məndə əsəbləşərək bu işi etdim. Peşmanam", - deyib.

Prokurorluq Funda E. haqqında "Şəxsi məlumatları, hüquqa zidd olaraq yaymaq" cinayətindən 1 ildən 4 ilə qədər həbs tələbi ilə iddia qaldırıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər