20 Avqust 2015 12:10
4 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə işçi maaşını artırmayan müdirini şantaj edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı N.Z geyim firmasında 7 ay öncə 530 manat maaşla satış meneceri kimi işə başlayıb. O, ötən ay müdiri 39 yaşlı H.K.-dan maaşının artırılmasını istəyib. İşçi «yox» cavabı almaqla yanaşı işdən qovulmaq ilə də təhdid olunub. 28 yaşlı işçi evli və bir uşaq atası olan müdirinin otağına gizli kamera yerləşdirib. Nəticədə iş adamının sevgilisiylə xüsusi anları kameraya düşüb.

Görüntüləri CD-yə köçürən N.Z. bir daha müdirin otağına gedərək maaşın artırılması tələbini təkrarlayıb. O, "Maaşımı 500 TL (176 manat) artımasan, görüntüləri xanımına göndərcəm" deyib.

Şantaja boyun əyməyən iş adamı olanları xanımına etiraf edib. Aldadıldığını öyrənən L.K. 150 min TL (təxminən 53 min manat) təzminat tələbilə boşanma iddiası qaldırıb. Gənc qadın 4 yaşlı uşağının vəkalətinin də ona verilməsini istəyib.

Ailəsi dağılan H.K. işçisini qovub, sonra isə polisə şikayət edib.

Nəzarətə alınan N.Z. ittihamları rədd edib. Sözügedən görüntülər tapılmadığı üçün də sərbəst buraxılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər