Türkiyənin Kilis şəhərində filmləri xatırladan bir hadisə baş verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 uşaq atası olan 49 yaşlı A.U. gizli eşq yaşadığı suriyalı Ayşə.A ilə görüşmək üçün ev kirayələyib.
17 illik ərinin hərəkətlərindən şübhələnən İ.U. araşdırmaya başlayıb. Nəticədə həyat yoldaşının başqası ilə münasibətdə olduğunu və ona ev kirayələdiyini öyrənib. O, ərinin "gec gələcəm" dediyi gün, gizlicə Ayşənin qaldığı evə gedib. Onu hədələyərək evin bir küncündə gizlənib. Daha sonra onların söhbətini dinləyib. A.U. hamam otağına keçəndə suriyalı qadını yataqdan çıxarıb, onun yerinə keçib. Yenidən yatağa qayıdan ər yataqda xanımını görəndə şok keçirərək huşunu itirib. Dili tutulan ər 10 gün psixoloji müalicə alıb.
Rüstəm