18 Sentyabr 2015 17:13
2 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada kriminal aləmdə Klim ləqəbi ilə tanınan Sergey Klementev saxlanıldığı həbsxanada dünyasını dəyişib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 59 yaşlı Klimin ölümünə səbəb ürək çatışmazlığı olub. O, Novosibirskdə sonuncü "qanuni oğru" kimi tanınıb.

90-cı illərin sonunda Moskvada 80 kriminal avtoritetin iştirakı ilə keçirilən "sxodka" vaxtı Klementevə "vor" titulu verilib. Ancaq bir müddət sonra onun titulu ilə bağlı bəzi mübahisələr yaşanıb. Bəziləri onun orduda xidmət etdiyini əsas gətirib və bu adın onun üzərindən götürülməsini tələb edib.

Əsas səbəb isə sonralar məlum olub. Yayılan məlumatlara görə, Klementev təyin olduğu bölgədə silahlı qrupları öz ətrafına toplaya bilməyib və sonralar narkotikə qurşanıb. Bu səbəblərə görə keçirilən növbəti "sxodka" zamanı Klimin titulu ləğv edilib.

Hadisədən sonra Klementev yoxa çıxıb və yalnız 5 ildən sonra polislər tərəfindən Tomskda saxlanılıb. Axtarış zamanı önun üzərindən narkotik maddə aşkar olunub və məhkəmə Klimi 3 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Sergey Klementev 1956-cı ilin avqustun 8-də Kemerovsk vilayətində doğulub. Onun güləş idman növü üzrə ölkə daxilində uğurları olub. İlk dəfə oğurluğa görə məhkum edilib. 1982-ci ildə ikinci dəfə Klim oğurluq və quldurluqda şübhəli bilinərək həbs edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər