22 Sentyabr 2015 16:59
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə tətilə gələn Yeni Zenlandiyalı turist Keşa Handa rəqs gecəsinin təşkil edildiyi otelin terrasından yıxılaraq ölüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbuldakı otellərdən birində baş verib. 31 yaşlı turist 2 rəfiqəsi ilə salsa rəqs gecəsinə qatılıb. Handa hava almaq üçün terrasa çıxıb. Terrasda gəzən qız iki bina arasındakı dəmirin üzərinə çıxıb. Ağırlığa tab gətirməyən dəmir qırılıb. Nəticədə Handa 10 metr hündürlükdən yerə yıxılıb.

200 qədər adamın qatıldığı rəqs gecəsi yarımçıq saxlanılıb. Hadisə yerinə gələn polis və təcili yardım qadının boynunun sınması nəticəsində öldüyünü təsdiqləyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər