Vetçina, bekon, sosis və kolbasa kimi emal olunmuş ət məmulatları xərçəng xəstəliyi törədir, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir.
Təşkilatın son hesabatına əsasən, gündə 50 qram ətin istehlakı (təxminən iki dilim bekon) yoğun bağırsaq xərçənginin inkişaf riskini 18 faiz artırır.
Bu arada ÜST qırmızı ətin (mal əti, qoyun əti və s.) "ehtimalən kanserogen" ola biləcəyini bildirsə də, buna dair dəlillərin məhdud olduğunu vurğulayıb.
Təşkilatın hesabatında ətin sağlamlıq üçün faydalı olduğu da qeyd edilir.