Türkiyədə dostunun 14 yaşlı qızı ilə əlaqəyə girməkdə ittiham olunan 45 yaşlı Yusif S. 19 il 9 ay 15 gün həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib. Evli olan Yusif dostu O.E.-nin qızı S.E. ilə münasibət qurub. Avtomobillə bir qədər gəzdikdən sonra Yusuf və S.E. parkda birlikdə olublar. O, müxtəlif vaxtlarda qızla bir neçə dəfə cinsi əlaqəyə girib. Hadisənin üstü açıld;qdan sonra qızın valideynləri polisə şikayət ediblər. Yusif polis tərəfindən saxlanılıb.
Ağır Cəza məhkəməsində aparılan məhkəmə istintaqı zamanı Yusif hər şeyi etiraf edib: "Atasını iş düzəltmişdim. Bu vasitəylə görüşürdük. 15 yaşından az olduğunu bilirdim. Peşmanam" deyib.
Qız isə müttəhim ilə 3-4 dəfə birlikdə olduqlarını və hər hansı bir zorlama olmadığını bildirib.
Məhkəmə müttəhimə ümumilikdə 19 il 9 ay 15 gün həbs cəzası verib.
Rüstəm