31 Oktyabr 2015 12:05
3 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kişi 5 ildir sevgisinə qarşılıq almadığı qadını öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ədirnədə baş verib.

34 yaşlı Tuncay Yavuz 5 ildir aşiq olduğu və sevgisinə qarşılıq görmədiyi 43 yaşlı Rahimə Yaşarı izləməyə başlayıb. Qadın kənd qəbirstanlığında ata və anasının məzarını ziyarət etməyə gedib. Yavuz söhbət etmək üçün Rəhiməyə yaxınlaşıb. Eşqini etiraf edən Yavuz qarşılıq görməyincə əlindəki tüfəngi qadına tuşlayıb. "Səni öldürərəm" deyərək, qadını təhdid edib. Yavuzu ciddi qəbul etməyən Rəhimə "Zarafat edirsən, sən məni öldürməzsən" deyib. Yavuz əvvəlcə qadının ayaqlarına sonra isə sinəsinə atəş açıb.

Hadisədən sonra Tuncay Yavuz polisə gedərək təslim olub. Tuncay polisə ifadəsində bunları deyib:

"5 ildir mənimlə olması üçün çalışıram. Heç vaxt məni istəmədi. Mən ona aşiq oldum. Məzarlığa qədər ardı ilə getdim. Yenidən danışmaq istədim, hətta "səni öldürərəm" dedim. Amma mənə inanmadı. Sonra isə ov tüfəngi ilə atəş açdım. Peşmanam".

Tuncay Yavuzun 5 il əvvəl də Rəhiməyə elçi gələn bir kişini tapanca ilə yaraladığı bildirilib.

Ramal


Müəllif:

Oxşar xəbərlər