Türkiyədə lisey şagirdi sevdiyi tibb bacısına yaxın olmaq üçün plan qurub.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Adanada baş verib. 17 yaşlı B.D. xəstəxanaya gələn 250 təcrübəçinin geyindiyi paltardan tikdirərək təcili yardım xidmətində işləyəmə başlayıb. Tibb təhsili olmayan B.D. təcili yardıma gələn xəstələrə ürək masajı belə edib.
Ancaq bir müddət sonra qız təcrübəçilər B.D.-dan şikayət ediblər. Rəhbərliyin yoxlaması nəticəsində təcrübəçilərin siyahısında B.D. adlı şəxsin adının olmadığı aşkarlanıb. Polis tərəfindən saxlanılan B.D. ifadəsində tibb işçisi kimi çalışmaq və sevdiyi tibb bacısına yaxın olmaq üçün belə addım atdığını deyib. B.D. ifadə verdikdən sonra sərbəst buraxılıb.
Ramal