Dünya ictimaiyyətinin diqqəti Rusiya-Türkiyə böhranına və onun gedişatına yönəlib.
Teleqraf.com Rusiya mətbuatında ekspertlərin fikirinin yer aldığı “Türkiyə Rusiyaya qarşı nə qoya bilər” başlıqlı yazını təqdim edir.
Təəccüblü deyil ki, Türkiyə Rusiya bombardımançısını belə asanlıqla vurub. Ölkənin silahlı qüvvələrində müasir texnologiyalardan, o cümlədən ABŞ-dan gətirilən hərbi texnikadanan istifadə olunur. Hərbi silahların xeyli hissəsi isə Türkiyə Cümhuriyyətinin özündə hazırlanılır.
Türkiyə hərbi texnikasının bəzi nümunələrini nəzərdən keçirək:
1. Rusiya bombardımançısı Su-24 Türkiyənin F-16 Fighting Falcon qırıcısı tərəfindən vurulub. Türkiyə ordusunda ABŞ istehsalı olan bu qırıcıların sayı 300 -dür. F-16 qırıcıları hələ də ABŞ HHQ-nın əsas silahı olaraq qalır.
2. IAI Heron pilotsuz kəşfiyyat təyyarəsi - İsrail Müdafiə Nazirliyi bu pilotsuz qırıcılardan Qəzza sektoruna nəzarət etmək üçün istifadə edir. Türkiyənin sifarişi ilə 10 belə təyyarə hazırlanıb. Onlar xüsusi olaraq yüksək keyfiyyətli çəkiliş texnikası və güclü mühərriklə təchiz olunub.
3. Türkiyə ordusunun silahlanmasında həmçinin ABŞ istehsalı olan üç ədəd “MQ-1 Predator” pilotsuz uçan aparatı da var. Pilotsuz aparatlar yerüstü hədəfləri gizli vurmaq üçün istifadə olunan “Hellfire”(“Cəhənnəm alovu”) raketlərilə də təchiz edilmişdir. Türkiyə yaxın vaxtlarda silahlı qüvvələrindəki PUA sayını artırmaq niyyətindədir.
4. Amerika istehsalı olan “Black Hawk”(“Qara qırğı”) vertolyotu indiyədək ABŞ ordusunda geniş istifadə olunan etibarlı helikopter olaraq qalır. Bu yaxınlarda Türkiyə və ABŞ arasında 115 ədəd yenilənmiş “Black Hawk” vertolyotunun alınmasına dair müqavilə imzalanıb.
5. “Qaubitsa Panter”. Bu güclü döyüş silahı türkiyəli mütəxəssislər tərəfindən hazırlanıb. Bu silah 40 km-dək uzaqlıqdakı hədəfi vurmağa qadırdir.
6. ABŞ istehsalı olan MGM-140 taktiki raket kompleksi 160 km məsafədəki hədəfləri məhv etməyə qadirdir. Türkiyə ordusunun 100 belə raket kompleksi var.
7. Türkiyə bu il böyük fəxrlə öz istehsalı olan “Altay” tankını təqdim edib. “Altay” tankını avtobus istehsalı ilə məşğul olan məşhur “Otokar” şirkəti hazırlayır.
8. Türkiyə Cümhuriyyəti həmçinin “Mizrak-U” adlı “hava-yer” sinfindən öz raketlərini istehsal edir. Bu idarə olunan raket 8 km-ə qədər məsafədə hədəfləri müəyyən edib məhv edə bilər.
9. “BMC Kirpi” zirehli maşını Türkiyə istehsalı olan daha bir hərbi texnikadır. Orduda 600 belə zirehli maşın var.
10. Hazırda Türkiyə ordusunda hərbçilərin yeni avtomat silahlarla təchiz olunması prosesi də gedir. Xüsusilə də “MPT-76”(Milli piyada tüfəngi) avtomatına üstünlük verilir. Onun işlənib hazırlanmasına altı ildən artıq vaxt gedib. Bu zaman regionun iqlim xüsusiyyətləri və landşaft nəzərə alınıb.
11. Türkiyəli mütəxəssislər tərəfindən hazırlanmış stels-korvet sinfinə məxsus “Ada” döyüş gəmisi istənilən növ sualtı və hava hədəflərini aşkarlamaq və məhv etmək qabiliyyətinə malikdir. Hazırda donanma iki belə gəmi mövcuddur. Müdafiə Nazirliyi daha 10 gəmi sifariş vermək niyyətindədir.
12. Türkiyə donanmasına həmçinin alman istehsalı olan 13 ədəd “209” tipli sualtı qayığı da daxildir. Sualtı qayıqlar 14 ədəd torpedo və gəmilərin məhv edilməsi üçün raketlə təchiz olunub.
Ramal