10 Fevral 2016 11:07
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 40 yaşlı Yıldıray Yarar 17 yaşlı oğlanı bıçaqlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 5 ay əvvəl Samsunda baş verib. Yıldıray ilə Yasin(ad şərtidir) birlikdə spirtli içki qəbul ediblər. Sonra isə Yasinin evinə gediblər. Yıldıray oğlanla cinsi əlaqəyə girmək istəsə də, etirazla qarşılaşıb. İçkinin təsirində olan Yasin başqa otağa keçərək yatıb. Yıldray isə mətbəxdən götürdüyü bıçaqla Yasinin yanına gedərək ona 11 bıçaq zərbəsi vurub. Daha sonra Yasinə məxsus telefonu götürərək evi tərk edib. Yasin yaralı vəziyyətdə özünü xəstəxanaya çatdıra bilib. O, polisə ifadəsində hadisəni Yıldıray Yararın törətdiyini deyib. Şübhəli polis tərəfindən həbs edilib.

Cinayət işinə Samsun Ağır Cəza Məhkəməsində baxılıb. Hakim qarşısına çıxarılan Yıldıray Yarar "adam öldürməyə təşəbbüs" , "qəsbkarlıq", "cinsi təcavüz" maddələri ilə ittiham olunub.

Məhkəmə heyətinin son qərarına əsasən, 24 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Ramal


Müəllif:

Oxşar xəbərlər