Beyin silkələnməsi intihara səbəb ola bilər.
Mütəxəssislər 1992-2012-ci illərdə beyin silkələnməsi keçirmiş 23.500-dən çox adama məxsus məlumatları təhlil edərək bu fikrə gəliblər. Tədqiqat iştirakçılarının orta yaş həddi 41 yaş olub.
Tədqiqat nəticələrinə əsasən, beyin silkələnməsindən sonra təxminən 700 nəfər intihara əl atıb. Beyin silkələnməsi ilə intihar arasında 6 ilə yaxın vaxt keçib. Həm də kişilərlə qadınlar arasında suisid riski fərqli deyil.
Bundan əlavə, iş günlərində zədə almış insanların payına təxminən 500 intihar halı düşür. Bu, orta statistik göstəricidən üç dəfə çoxdur. İstirahət günlərində həyatla könüllü vidalaşan insanların payına isə təxminən 150 belə hal düşür ki, bu da orta statistik göstəricidən 4 dəfə çoxdur.
470 intihar hadisəsi ümumiyyətlə baş verməyə bilərdi. Mütəxəssislərin fikrincə, bu yalnız o halda ola bilərdi ki, iştirakçıların intihar riski ümumi populyasiya üçün orta statistik riskə bərabər olsun. Tədqiqatçılar həm də zədə almış insanların artıq suisidə meyilli olmasını istisna etmir.