Müəllimlə şagird arasında yaşanan qalmaqallara daha biri əlavə olunub.
ABŞ-da bu dəfə qadın müəllim özündən 10 yaş kiçik şagirdi ilə cinsi əlaqədə olduğu üçün tutulub. Luiziana ştatında Destrehan liseyində coğrafiya müəllimi 26 yaşlı Kimberli Naqu, 16 yaşlı qız şagirdlə təxminən bir il cinsi əlaqədə olub.
Bu hadisə, şagirdin qohumlarından birinin əlaqəni öyrənib polisə xəbər verməsindən sonra ortaya çıxıb. Müəllimlə şagirdin məktəbin siniflərində, müəllimin evində və şagirdin ailəsi ilə birlikdə qaldığı evdə cinsi əlaqəyə girdiyi bildirilir. Dörd ildir müəllim kimi çalışan Naqunun, 18 fevralda hakim önünə çıxarılması gözlənilir.
/ATV.az/