2 Mart 2016 14:57
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook-un Latın Amerikası üzrə koordinatoru Dieqo Jorge Dzodan səhər saatlarında aparılan əməliyyat zamanı Sao Pauloda həbs olunub.

Teleqraf.com xəbər verir ki, Braziliyanın Sergipe əyalətində keçirilən böyük narkotik əməliyyatlarından sonra, narkotik alverçilərinin Whatsapp üzərindən satış həyata keçirdiyi məlum olub.

Məhkəmə 2014-ci ildə Whatsapp tətbiqini satın alan Facebook rəhbərliyindən istifadəçilərin məlumatlarını tələb edib. Facebook isə məhkəmə qərarına baxmayaraq, istifadəçilərin məlumatlarını bölüşməyib.

Facebook, şirkətin Cənubi Amerika meneceri Jorge Dzodanın həbs olunması ilə bağlı sualları cavabsız qoyub.

Facebook-un İcraçı Direktoru Mark Zuckerberg, internet vasitəsilə narkotik və silah ticarətinə mane olmaq üçün Instagram və Facebook kimi tətbiqlərə yeniliklər edib. Şirkətin Whatsapp tətbiqində isə bu istqamətdə hər hansı bir dəyişiklik edilməyib.

Qeyd edək ki, Zuckerberg ABŞ-da Apple ilə FTB arasında baş verən oxşar münaqişədə Apple-nin tərəfini tutub.

Ramal


Müəllif:

Oxşar xəbərlər