Bir müddət öncə Argentinada səfərdə olan ABŞ prezidenti Barak Obama məşhur futbolçu Lionel Messi ilə görüşə bilməmişdi. Qızları Malia və Saşanın Messi fanatı olduğunu söyləyən prezident görüşün təşkil edilə bilməməsinə görə üzüntülü olduğunu bildirmişdi.
Messi isə “Obama və qızları ilə görüşmək mənim üçün fəxrdir. Lakin bu görüşü təşkil etmək bir qədər çətin ola bilər. Doğrusu, bilmirəm bu iş mümkündür, yoxsa yox. Bəlkə də, Obama Argentinada olduğu üçün bu sözləri bildirib” – deyə açıqlama vermişdi.
Teleqraf.com-un xəbərinə görə, görüşün alınmamasına görə kədərlənən Messi Obamanın qızlarına imzalı forma göndərib. Beləliklə də, məşhur futbolçu Obamanı razı salıb.
Bəkir