Adanada qaldığı həbsxanada silahlı hücum nəticəsində həyatını itirən Özgecan Aslanlının qatili Süphi Altındökənin cənazəsinin Erdemlidə basdırıldığı iddiası ərazidə yaşayan vətəndaşları ayağa qaldırıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimə aid olduğu bilinməyən məzar qəbiristanlıqda dəfn olunmuş şəxslərin yaxınlarının narahatlığına səbəb olub. Vətəndaşlar rəsmi orqanlara müraciət etdikdən sonra Süphi Altındökənin məzarı hesab olunan qəbir açılsa da, içərisində cənazə olmayıb. Məzarın boş olması insanlarda şübhə yaradıb.
Qeyd edək ki, ömürlük həbs cəzası alan və Adana Həbsxanasında atası Nəciməddin Altındökənlə eyni kamerada qalan Süphu Altındökən silahlı hücuma məruz qalmışdı. O, ağır yaralandığı üçün xəstəxanaya aparılsa da, vəfat etmişdi.
Süphi Altındökənin cənazəsi Adana-Mersin arasında 5 gün "gedib-gəlsə" də, sonda qərar çıxmışdı ki, cənazə Mersin sərhədləri arasında, gizli yerdə dəfn olunacaq.
Lakin dünən Mersinin Ərdəmli mahalında Kumukuyuda yeni qazılan və kimə aid olduğu bilinməyən məzarlıq böyük səs-küyə səbəb olub. Məzarın Özgəcan Aslanlının qatili Süphi Altındökənə aid olması xəbəri yayılıb. Bundan dərhal sonra rəsmi qurumlar hərəkətə keçib. Ətrafda yaşayan insanlar kütlə halında qəbiristanlığa axın edib.
Fərrux Qəssab adlı şəxs bildirib ki, atasının məzarı yanında yeni bir məzarın olduğunu görüblər: "Bizə dedilər ki, Süphi Altındökəni Kumkuyu məzarlığında dəfn ediblər. Əmimi axtardım, ona vəziyyəti izah etdim. Səhərə qədər gözlədik. Bu müddətdə bizi tanıyan hər kəs zəng edərək narahat olduqlarını ifadə etdilər. Bizdə şübhəsiz ki, bu vəziyyətdən çox narahat olduq. Süphi Altındökənin harada dəfn edildiyini bilmədiyimiz üçün düşündük ki, onu bizim ailə məzarlığında torpağa tapşırıblar. Lakin səhərisi gün əmim jandarma və prokurorluq nümayəndələri ilə məzarlığa gəldi. Məzar açıldı və hamımız orada idik. Lakin məzar açılsa da, boş çıxdı. Şükürlər olsun ki, xəbər yalan çıxdı".
Xatırladaq ki, ata Nəciməddin Altındökən və oğlu Süphu Altındökən Adana universitetinin tələbəsi Özgəcan Aslanlını xüsusi qəddarlıqla-üzərinə neft tökərək yandırmışdı. Hadisə 2015-ci ildə baş vermişdi. Ata və oğlu ömürlük həbs cəzası almışdı. Bu cinayət hadisəsinə başda Türkiyə prezidenti Ərdoğan olmaqla bir neçə siyasətçi münasibət ifadə etmişdi.
Cavad