1 May 2017 14:59
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Almazbek Atambayevə başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç, Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”.


Müəllif:

Oxşar xəbərlər