2 İyul 2017 12:15
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda on minlərlə insan Mühafizəkar Partiyanın və baş nazir Tereza Meyin istefasını tələb edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla əlaqədar şəhərdə etiraz aksiyaları başlanıb.

Etirazçılar Mühafizəkar Partiyanın “kəmər sıxma” siyasətini tənqid edərək, əllərində “Bəsdir!”, “Mey vəzifəni burax” kimi şüarlar səsləndirib.

Etiraz yürüşü BBC kanalının binası önündə başlayıb və Baş nazirin iqamətgahının önündə başa çatıb.

Xarici media aksiyaya 100 minə yaxın vətəndaşın qatıldığını bildirir.


Müəllif: Cavad

Oxşar xəbərlər